Rusiya XİN diplomatı "persona-non-qrata" ELAN ETDİ
Rusiya Xarici İşlər Nazirliyi Bolqarıstanın Moskvadakı səfirliyinin diplomatını “arzuedilməz şəxs” (“persona-non-qrata”) elan edib.
Bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
“Bolqarıstan Respublikasının Rusiyadakı səfiri Atanas Krıstin dekabrın 5-də Moskvada XİN-ə çağırılıb və ona nota təqdim olunub. Diplomatımız qarşılıqlı prinsip əsasında “persona-non-qrata” elan olunub”, - deyə nazirlik vurğulayıb.
Məlumata görə, bolqar diplomat Rusiyanın Sofiyadakı səfirliyinin “arzuedilməz şəxs” elan olunmuş əməkdaşı ilə eyni statusdadır.
Qeyd edək ki, cari il oktyabrın 28-də casusluqda şübhəli bilinən Rusiyanın Moskvadakı səfirliyinin əməkdaşı Bolqarıstandan çıxarılıb.
Şəffaflıq.az
Facebook-da paylaş