Qadın şahmatçılar arasında Dünya Kubokunun qalibi müəyyənləşib
Qadın şahmatçılar arasında Bakıda keçirilən Dünya Kubokunun qalibi müəyyənləşib. “Report”un məlumatına görə, FİDE-nin bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina turnirin qalibi olub. Rusiyalı idmançı finalda bolqarıstanlı Nurgül Salimovanı 2,5:1,5 hesabı ilə məğlub edib. Ukraynalı Anna Muziçuk isə üçüncü yeri tutub. Qeyd edək ki, kişilər arasında Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş