Bu gün "Minsk 2019" II Avropa Oyunlarına yekun vurulacaq.
Bu gün "Minsk 2019" II Avropa Oyunlarına yekun vurulacaq. Şəffaflıq.az goal.az-a istinadən xəbər verir ki, oyunların son günündə badminton, boks, yunan-Roma güləşi, velosiped idmanının trek, idman gimnastikası və karate növləri üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan bunların 4-də təmsil olunacaq. Əsas medal ümidləri isə karateçilərlə yunan-Roma güləşçiləridir. Eyni zamanda Bakı vaxtı ilə saat 21:00-da Oyunların bağlanış mərasimi keçiriləcək. Mərasimdə bütün 50 iştirakçı ölkənin paradı da olacaq. Qeyd edək ki, hazırda Azərbaycan ümumi sıralamada 5 qızıl, 7 gümüş, 12 bürünc medalla 9-cu pillədə qərarlaşıb 30 iyun Yunan-Roma güləşi 14:20. 130 kq, təsəlliverici qarşılaşma Sabah Şəriəti - Romas Fridrikas (Litva) 14:40. 87 kq, final İslam Abbasov - Jan Belenyuk (Ukrayna) Velosiped idmanı Kişilər 10:00. Şosse, keyrin, ilkin yürüş Sergey Omelçenko İdman gimnastikası 14:28. Qadınlar, dayaqla tullanma Marina Nekrasova Karate 10:14. Qadınlar, 50 kq, A qrupu Nuranə Əliyeva - Serap Arapoglu Özçelik (Türkiyə) 10:42. Qadınlar, 50 kq, A qrupu Nuranə Əliyeva - Şara Hubriş (Almaniya) 11:10. Qadınlar, 50 kq, A qrupu Nuranə Əliyeva - Mariya Kulinkoviç (Belarus) 11:51. Kişilər, 60 kq, B qrupu Firdovsi Fərzəliyev - İlya Bulatov (Belarus) 12:12. Kişilər, 60 kq, B qrupu Firdovsi Fərzəliyev - Emil Pavlov (Makedoniya) 12:47. Kişilər, 60 kq, B qrupu Firdovsi Fərzəliyev - Ancelo Kreszento (İtaliya) 13:07. Kişilər, 67 kq, A qrupu Rafiz Həsənov - İv Martial Tadissi (Macarıstan) 13:39. Kişilər, 67 kq, A qrupu Rafiz Həsənov - Artyom Kravtsov (Belarus) 13:56. Kişilər, 67 kq, A qrupu Rafiz Həsənov - Stefan Pokorni (Avstriya) 13:14. Kişilər, 75 kq, B qrupu Rafael Ağayev - Co Kellavey (Böyük Britaniya) 13:49. Kişilər, 75 kq, B qrupu Rafael Ağayev - Erman Erdemir (Türkiyə) 14:17. Kişilər, 75 kq, B qrupu Rafael Ağayev - Qabor Harspataki (Macarıstan)
Facebook-da paylaş