Tennisçilərimiz Rusiyadan 4 medal ilə qayıdıb.
1-2 fevral 2019-сu il tarixində Rusiyanın Voljsk şəhərində 2006-cı il təvəllüdlü və daha azyaşlı stolüstü tennisçilər arasında beynəlxalq turnir keçirilmişdir.
Turnirdə ölkəmizi idmançı Fatimə Cəfərova, Mehriban Dadaşova,Hacımurad Məmmədbəyov və Xaliq Becanov məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə təmsil etmişdir. şəxsi oyunlara 2 fevral tarixində yekun vurulmuşdur.Şəxsi oyunlarda tennisçimiz Mehriban Dadaşova I yerin sahibi olaraq qızıl medal qazanmışdır. Digər tennisçimiz Fatimə Cəfərova isə gümüş medal qazanmışdır.Oğlanların oyunlarında isə Xaliq Becanov gümüş medal Hacımurad Məmmədbəyov isə bürünc medal qazanmışdır.
ALXAS
Şəffaflıq.az
Facebook-da paylaş