Fövqəladə Hallar Nazirliyinin Qurumları Arasında Şahmat Üzrə Çempionat Keçirilmişdir.-FOTO
25 yanvar 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında şahmat üzrə çempionat keçirilmişdir.Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 22 komandanın 100-ə yaxın əməkdaşı iştirak etmişdir.Beynəlxalq dərəcəli baş hakim Nurəli Məmmədzadə tərəfindən idarə olunan turnirdə yığılan xalların ümumi miqdarına görə qalib komandalar və əməkdaşlar müəyyən olunmuşdur. Komanda hesabında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bütün rəqiblərini qabaqlayaraq birinci olmuşdur. İkinci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin, üçüncü yerə isə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının komandası layiq görülmüşdür.Şəxsi yarışlarda birinci yeri Vüqar Cəbiyev (Böhran Vəziyyətlərində İdarə etmə Mərkəzi), ikinci yeri Soltan Əzimov (Mülkü Müdafiə Qoşunları), üçüncü yeri isə Ramil Nəcəfov (Qarabağ Regional Mərkəzi) qazanmışdır.Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Azərbaycanda idmana yüksək səviyyədə dövlət qayğısı göstərildiyini vurğulamış və bildirmişdir ki, hələ ötən əsrin 60-cı illərindən sonra şahmat ölkəmizdə kütləviləşməyə başlamışdır. Bu idman növü həm gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, həm də intellektual baxımdan formalaşmasında böyük əhəmiyyətə malikdir.FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov idman yarışlarının təşkilinin sağlam gənc nəslin formalaşmasında və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, hələ Sovet İttifaqı dövründə dünya şahmat tacının Azərbaycana gətirilməsində də əvəzsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkədə şahmatın inkişafı istiqamətində aparılan düşünülmüş və ardıcıl siyasət sayəsində Azərbaycanda güclü şahmat məktəbi yaradılmış, bu idman sahəsi respublikamızda yüksək səviyyəyə qalxmışdır. Bu proses bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Sonra İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çempionatda fərqlənənləri təbrik etmiş, onları diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırmışlar.
ALXAS
ŞƏFFAFLIQ.AZ
Facebook-da paylaş