Şamaxı DYPB-in əməkdaşları və Rayon Gənclər və İdman idarəsinin könüllüləri ilə birgə 9 Noyabr “Dövlət Bayrağı Günü” münasibəti ilə “Qarabağ Azərbaycandır!” devizi altında aksiya keçirildi.-FOTO
Azərbaycanın Dövlət Bayrağı Günü Azərbaycanda hər il 9 Noyabrda qeyd olunan milli bayramdır. Dövlət Bayrağı Günü 2009 -cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Üçrəngli Bayraq"-ın bayraq kimi qəbul edilməsinin ildönümünü qeyd etmək üçün təsis edilmişdir. 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı kimi qəbul edilməsi əsasında təyin edilmişdir.
Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib. 2009-cu il noyabrın 9-da — Dövlət Bayrağı Günündə Bakıda Dövlət Bayrağı Muzeyinin açılışı olub. 2010-cu ilin sentyabrın 1-də İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksinin təntənəli açılışı olub. Həmin meydanda Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür bayraq dirəyində (162 metr) ucaldılıb. Bayrağın eni 35, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Şəffaflıq.az xəbər verir ki, Bayraq günü ilə bağlı olan Aksiya çərçivəsində Şamaxı RPŞ-nin DYPB-nin əməkdaşları şəhərin mərkəzi küçələrində sürücüləri saxlayaraq bayram münasibəti ilə təbrik etdi və onlara kiçik bayraqlar təqdim etdilər.
Sonra isə Gənclər və idman İdarəsinin əməkdaşları idarənin gənc könüllüləri ilə birgə şəhərin müxtəlif yerlərində, mərkəzi küçələrdə, fərdi yaşayış evlərinin və idman obyektlərinin qarşısından Azərbaycan Respublikasının Dövlət Bayraqlarını asdılar.
Səma Kərimova
Şəffaflıq.az
Facebook-da paylaş