Dövlət bayrağı günü Şamaxıda da təntənəli qeyd edilib.-FOTOLAR

 “9 Noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibəti ilə 8 noyabr 2019-cu il tarixində Şamaxı gənclərinin təşəbbüsü  ilə “Bayrağımız qürur mənbəyimizdir” şüarı altında Bayraq yürüşü keçirildi. 
Şəffaflıq.az xəbər verir ki, yürüş Şamaxı rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Şamaxı rayon YAP Gənclər Birliyi, və Şamaxı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə reallaşıb.Keçirilən yüyrüşdə Şamaxı rayon ictimayyəti və gəncləri  bayrağa olan sevgilərini öz  fəallıqlarıyla  bir daha nümayiş etdiriblər.
Bayraq Yürüşündə 2000 nəfərə yaxın Şamaxı gənci iştirak edirdi. Böyük sevinc, coşğu və vətənpərvərlik hissləri ilə  keçirilən Bayraq  yürüşü Şamaxı gənclərinin dövlətimizə, dövlətçiliyimizə və Bayrağımza sonsuz sevgisini bir daha əks etdirdi.
Qeyd edək ki, “9 Noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibəti ilə “Bayrağımız qürur mənbəyimizdir” şüarı altında keçirilən  Bayraq yürüşü Şamaxı şəhərindəki Soyqırım abidəsinin önündən Azadlıq küçəsi ilə H.Əliyev adına park istiqamətində təşkil olunmuşdu.
Yüyrüş iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstləri düzmüşlər.
Ardınca  Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində tədbir davam etdirilib. 
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tədbir iştirakçılarını salamlayaraq bayram münasibəti ilə təbrik etmişdir. 
 
Natiq çıxışında Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağının ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edildiyini, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və sovet hakimiyyətinin qurulması ilə ləğv edilmiş üçrəngli bayrağın ikinci dəfə 1990-cı il noyabr ayının 17-də Ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında qaldırıldığını bildirmişdir. Diqqətə çatdırmışdır ki, həmin sessiya tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə yadda qalmışdır.
İcra başçısı xüsusi qeyd etmişdir ki, dövlət rəmzləri Azərbaycan xalqının və Prezidentinin daim diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən Bakı şəhərində hər bir azərbaycanlının qürur duyacağı “Dövlət bayrağı meydanı” yaradılmışdır. Natiq məhz bu günün də dövlət səviyyəsində bayram kimi qeyd edilməsinin Prezident cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamı ilə bağlı olduğunu bildirmişdir.
Yürüşün sonunda Şamaxı İncəsənət Təhsili Mərkəzində yürüş iştirakşılarına Azərbaycan Respublikasının Dövlət Bayrağının yaranma tarixindən bəhs edən  ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Tədbirin sonunda dövlət qulluğunda fərqlənməyə görə və cumhuriyyətin 100 illiyi ilə bağlı medalla təltif olunan Şamaxı ziyalılarına medallar təqdim edilib.
Dəyanət İsmayılov
Şamaxı:
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}