Azərbaycanın daha iki idmançısı Bakıdakı dünya çempionatında mübarizəyə başlayır


Bakıda taekvondo üzrə dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha iki taekvondoçusu dünya çempionatında mübarizəyə başlayacaq.

74 kq çəki dərəcəsində yarışan Eltac Qafarov 1/32 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) - Çarlill Mersyer (Kanada) duelinin güclüsü ilə qarşılaşacaq.

Qadınların yarışında 62 kq-dakı təmsilçimiz Fatimə Məcidova 1/16 final mərhələsində Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.

Dünya çempionatı iyunun 4-də başa çatacaq.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}