Böyük Dəbilqə: Azərbaycanın 2 cüdoçusu finala yüksəlib

 Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayıb.


Şəffaflıq.az-ın məlumatına görə, kişilərin yarışında 60 kq-da Balabəy Ağayev startda rusiyalı Damir Meremova qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Jaba Papinaşviliyə uduzub. Ağayev təsəlliverici görüşdə digər Azərbaycan təmsilçisi Əhməd Yusifovla qarşılaşıb. Görüşdən qalib ayrılan Yusifov bürünc medal uğrunda yaponiyalı Hayato Kondo ilə güləşəcək. Bu çəkidəki digər cüdoçu Turan Bayramov startda məhz Kondoya uduzaraq mübarizəni dayandırıb. Rövşən Əliyev isə 3-cü yer uğrunda monqolustanlı Sumiyabazar Enktaivanla qüvvəsini sınayacaq.

66 kq-da Orxan Səfərov ardıcıl olaraq, qazaxıstanlı Baybol Uulu Salamat və Erik Takabatakeyə qalib gələrək yarımfinala yüksəlib. Bu raundda ukraynalı Yevgeni Qonçarkonu məğlub edən 30 yaşlı idmançı finala vəsiqə qazanıb. Onun qızıl medal uğrunda rəqibi moldovalı Denis Vieru olacaq.

Qadınların mübarizəsində isə 57 kq-dakı İçinxorlu Muntsxedev finala çıxıb. O, həlledici qarşılaşmada yaponiyalı Momo Tamaoka ilə üz-üzə gələcək.

48 kq-da yarışan Şəfəq Həmidova bürünc medal görüşündə Şira Rişoni ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bakıda cüdo üzrə Böyük Dəbilqəyə start verilib.

Şəffaflıq.az-ın məlumatına görə, yarışda ümumilikdə 29 ölkədən 196 cüdoçu (129 kişi, 67 qadın) çıxış edir. Görüşlər Heydər Əliyev adına İdman Kompleksində keçirilir.

Bu gün Azərbaycanın 13 cüdoçusu mübarizə aparacaq. 2 çəki dərəcəsində kişilər, 3 çəki dərəcəsində isə qadınlar qüvvəsini sınayacaq.

Kişilər

60 kq

1/8 final. Balabəy Ağayev - Damir Meremov (Rusiya)

1/8 final. Rövşən Əliyev - Dilşot Xalmatov (Ukrayna)

1/8 final. Əhməd Yusifov - Ariunbold Enxtayvan (Monqolustan)

1/8 final. Turan Bayramov - Hayato Kondo (Yaponiya)

66 kq

1/16 final. İbrahim Əliyev - Yuji Aida (Yaponiya)

1/16 final. Tofiq Məmmədov - Danilo Xlopetski (Ukrayna)

1/8 final. İsmayıl İbrahimov - Baqrati Niniaşvili (Gürcüstan)

1/8 final. Orxan Səfərov - Baybol Uulu Salamat (Qırğızıstan)

Qadınlar

48 kq

1/8 final. Şəfəq Həmidova - Rafaela Batista (Braziliya)

1/4 final. Aişə Qurbanlı - Katarina Tanzer (Avstriya)

52 kq

1/8 final. Zeynəb Məmmədova - Annika Vurfel (Almaniya)

1/8 final. Ülviyyə Bayramova - Anastasiya Polikatpova (Rusiya)

57 kq

1/8 final. İçinxorlu Muntsxedev - Rafaela Silva (Braziliya)


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}