Böyük Dəbilqə: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha 4 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Şəffaflıq.az-ın məlumatına görə, yarışın ikinci günündə 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov Monqolustan təmsilçisi Ankhzaya Lavjarqalla üz-üzə gələcək. Eyni çəkidəki Telman Vəliyev yunanıstanlı Georgios Azoidislə görüşəcək.
81 kq-dakı Hidayət Heydərov İvaylo İvanovla (Bolqarıstan), Murad Fətiyev isə Gilerme Şimidtlə (Braziliya) qarşılaşacaq.
Qeyd edək ki, Böyük Dəbilqəyə oktyarbın 25-də yekun vurulacaq. Azərbaycan yarışda 17 cüdoçu ilə təmsil olunur. Yarışın ilk günündə Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.
Xəbəri paylaş
Facebook-da paylaş