Əsas Səhifə > İdman > Azərbaycanın daha iki idmançısı Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

Azərbaycanın daha iki idmançısı Bakıdakı dünya çempionatında mübarizəyə başlayır


3-06-2023, 09:58


Bakıda taekvondo üzrə dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha iki taekvondoçusu dünya çempionatında mübarizəyə başlayacaq.

74 kq çəki dərəcəsində yarışan Eltac Qafarov 1/32 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) - Çarlill Mersyer (Kanada) duelinin güclüsü ilə qarşılaşacaq.

Qadınların yarışında 62 kq-dakı təmsilçimiz Fatimə Məcidova 1/16 final mərhələsində Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.

Dünya çempionatı iyunun 4-də başa çatacaq.

Şəffaflıq.az


Geri qayıt