Avropa çempionatı: Üç güləşçimiz 1/4 finala yüksəldi - YENİLƏNİB


Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, Azərbaycanın 97 kq-dakı təmsilçisi Maqomedxan Maqomedov 1/8 finalda Benjamin Honis (İtaliya) ilə qarşılaşıb. O, rəqibini tam üstünlüklə - 12:2 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.

79 kq çəki dərəcəsində Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavi (UWW) ilə üz-üzə gəlib. Onun görüşü sonadək davam edib. Əmiraslanov rəqibini 3:0 hesabı ilə məğlub edərək, 1/4 finala adlayıb.

Xatırladaq ki, daha əvvəl Hacı Əliyev 1/4 finala vəsiqə qazanıb.

14:01

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürüb.

Oxu.Az xəbər verir ki, Azərbaycanın 70 kq çəki dərəcəsində yarışan üçqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev təsnifat mərhələsində italyan Canluka Talamo ilə qarşılaşıb. O, rəqibini vaxtından əvvəl tam üstünlüklə (12:1) məğlub edərək, 1/4 finala vəsiqə qazanıb

H.Əliyev yarımfinal yolunda almaniyalı Kevin Kristofer Henkellə qarşılaşacaq.

09:42

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürəcək.

Oxu.Az xəbər verir ki, ilk gündə Azərbaycanın beş sərbəst güləşçisi mübarizəyə başlayacaq.

57 kq çəki dərəcəsində Əliabbas Rzazadə 1/4 finalda Anatoli Buruian (Moldova)/Horst Ler (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda Georgios Pilidis (Yunanıstan)/İslam Dudayev (Albaniya) duelinin güclüsü ilə, 70 kq-da yarışan dünya və Avropa çempionu Hacı Əliyev təsnifatda Canluka Talamo (İtaliya) ilə görüşəcək.

79 kq çəki dərəcəsində Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavinin (UWW), 97 kq-dakı Maqomedxan Maqomedov Benjamin Honisin (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Avropa çempionatı aprelin 23-də başa çatacaq.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}