"Qarabağ" qol sayında Avropanın nəhəng klublarını qabaqlayıb
2022/2023 mövsümündə indəyədək Avropanın ən yaxşı 40 çempionatında çox qol vurmuş komandalar müəyyənləşib. Şəffaflıq.az xəbər verir ki, "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb. "Köhlən atlar" (54 qol) 5-ci pillədə qərarlaşıb. Ağdam klubunun qol ortalaması 2,7-yə bərabərdir. Siyahıya Şotlandiya "Seltik"i (74) başçılıq edir. Belçika "Genk"i (57) ikinci, Şotlandiyanın digər komandası "Reyncers" (56) üçüncü sıradadır. 1. "Seltik" (Şotlandiya) - 74 qol, qol ortalaması (3,08) 2. "Genk" (Belçika) - 57 qol, (2,48) 3. "Reyencers" (Şotlandiya) - 56 qol (2,33) 4. "Slaviya" (Praqa, Çexiya) - 56 qol (3,29) 5. "Qarabağ" (Azərbaycan) - 54 qol (2,7) 6. "Mançester Siti" (İngiltərə) - 53 qol (2,65) 7. "Linfild" (Şimali İrlandiya) - 53 qol (2,03) 8. "Bavariya" (Almaniya) - 52 qol (2,88) 9. PSJ (Fransa) - 52 qol (2,48) 10. "Ayaks" (Niderland) - 51 qol (2,68)
Facebook-da paylaş