“Qarabağ” ən məhsuldar komandaların siyahısında Avropa nəhənglərini qabaqlayır

“Qarabağ” ən məhsuldar komandaların siyahısında Avropa nəhənglərini qabaqlayır

“Qarabağ” 2022-2023 mövsümündə davam edən ölkə çempionatlarında ən çox qol vuran komandaların siyahısında yer alıb.

Şəffaflıq.az-in məlumatına görə, ilk “20-liy”in müəyyənləşdiyi cədvəldə Azərbaycan təmsilçisi qitənin ən məhsuldar 12-ci klubudur.

Ağdamlılar Premyer Liqada keçirdikləri 17 matçda rəqib qapılarına 45 dəfə yol tapmaqla buna müvəffəq olublar. Qurban Qurbanovun kollektivi Belçika təmsilçisi “Genk”lə eyni göstəriciyə malikdir.

Siyahıya Uels TNS-i başçılıq edir. Adıçəkilən komanda daxili birincilikdə 15 matçda 52 qolla diqqət çəkib. Avropanın “böyük beşlik” ölkələrindən yalnız Almaniya çempionu “Bavariya” “Qarabağ”dan yüksək göstəriciyə imza atıb. Münhen klubunun aktivində hazırda 49 qol var. İlk “20-liy”in digər sakinlərindən “Ayaks”, “İnter”, PSJ və “Mançester Siti” kimi nəhənglər “Qarabağ”dan geri qalırlar.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu Xorvatiya “Dinamo”su hazırda mövsümün ən məhsuldar 8-ci komandasıdır. Zaqreblilər 16 qarşılaşmada 48 qol sevinci yaşayıblar.

1. TNS (Uels) – 15 oyun / 52 qol

2. “Hesperange” (Lüksemburq) – 15 / 51

3. “Slaviya” – (Çexiya) – 16 / 51

4. “Seltik” (Şotlandiya) – 15 / 50

5. “Srvena Zvezda” (Serbiya) – 19 / 50

6. “Bavariya” (Almaniya) – 15 / 49

7. “Düdelanj” (Lüksemburq) – 15 / 48

8. “Dinamo” (Zaqreb, Xorvatiya) – 16 / 48

9. “Zenit” (Rusiya) – 17 / 47

10. “Ludoqorets” (Bolqarıstan) – 18 / 46

11. “Partizan” (Serbiya) – 19 / 46

12-13. “Qarabağ” (Azərbaycan) – 17 / 45

“Genk” (Belçika) – 17 / 45

14. “Maribor” (Sloveniya) – 20 / 45

15. “Ayaks” (Niderland) – 14 / 44

16. “İnter” (Andorra) – 13 / 43

17. PSJ (Fransa) – 15 / 43

18. PSV (Niderland) – 14 / 42

19. “Farul” (Rumıniya) – 20 / 41

20. “Mançester Siti” (İngiltərə) – 14 / 40


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}