Əsas Səhifə > FUTBOL > "Qarabağ" qol sayında Avropanın nəhəng klublarını qabaqlayıb

"Qarabağ" qol sayında Avropanın nəhəng klublarını qabaqlayıb


3-02-2023, 10:26


2022/2023 mövsümündə indəyədək Avropanın ən yaxşı 40 çempionatında çox qol vurmuş komandalar müəyyənləşib.

 Şəffaflıq.az xəbər verir ki, "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb.

"Köhlən atlar" (54 qol) 5-ci pillədə qərarlaşıb. Ağdam klubunun qol ortalaması 2,7-yə bərabərdir.

Siyahıya Şotlandiya "Seltik"i (74) başçılıq edir. Belçika "Genk"i (57) ikinci, Şotlandiyanın digər komandası "Reyncers" (56) üçüncü sıradadır.

1. "Seltik" (Şotlandiya) - 74 qol, qol ortalaması (3,08)

2. "Genk" (Belçika) - 57 qol, (2,48)

3. "Reyencers" (Şotlandiya) - 56 qol (2,33)

4. "Slaviya" (Praqa, Çexiya) - 56 qol (3,29)

5. "Qarabağ" (Azərbaycan) - 54 qol (2,7)

6. "Mançester Siti" (İngiltərə) - 53 qol (2,65)

7. "Linfild" (Şimali İrlandiya) - 53 qol (2,03)

8. "Bavariya" (Almaniya) - 52 qol (2,88)

9. PSJ (Fransa) - 52 qol (2,48)

10. "Ayaks" (Niderland) - 51 qol (2,68)


Geri qayıt