DİN ana və azyaşlı qızla bağlı əhaliyyə müraciət etdi - Foto

  Ucarda ana və azyaşlı qızı itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Ucar rayonunun Qaracallı kənd sakini Samirə Xəlilova qızı Zəhra Xəlilova ilə sentyabrın 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Ucar Rayon Polis Şöbəsinə 020-213-00-53 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}