Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub
Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Nasser Saliminin baş məşqçi olduğu kollektiv ikinci sınağında Böyük Britaniya seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb - 39:22. Digər matçda isə Kipr yığması Maltaya 47:26 hesabı ilə qalib gəlib. Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Maltanı 34:25 hesabı ilə məğlub edib, Böyük Britaniya isə Kiprlə heç-heçəyə razılaşıb - 25:25. Yığma qrupda son oyununu Kipr seçməsinə qarşı keçirəcək. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş