Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıl medal qazanıb
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb. Şəffaflıq.az məlumat verir ki, 60 kq-da çıxış edən idmançı 1-ci yer uğrunda qarşılaşmada ukraynalı Dilşot Xalmatovla qüvvəsini sınayıb. Əsas vaxtda hesab açılmayıb. Qızıl xal bölümündə rəqibini məğlub edən B.Ağayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xəbəri paylaş
Facebook-da paylaş