Əsas Səhifə > İdman > Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıl medal qazanıb


5-11-2022, 08:39



Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.

Şəffaflıq.az məlumat verir ki, 60 kq-da çıxış edən idmançı 1-ci yer uğrunda qarşılaşmada ukraynalı Dilşot Xalmatovla qüvvəsini sınayıb.

Əsas vaxtda hesab açılmayıb. Qızıl xal bölümündə rəqibini məğlub edən B.Ağayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Geri qayıt