Rusiya Yaponiyanın konsulunu ölkədən qovur



Yaponiyanın Moskvadakı səfirliyinin nazir-müşaviri bazar ertəsi Yaponiyanın Vladivostokdakı baş konsulluğunun rəhbəri Motoki Tatsunorinin qanunsuz fəaliyyəti ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Konsul “persona non-qrata” elan edilib və 48 saat ərzində Rusiyanı tərk etməsi tələb olunub.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Nazirlikdən bildirilib ki, baş konsulluq əməkdaşının hərəkətləri ilə bağlı Yaponiya tərəfinə sərt etiraz bildirilib və müvafiq məzmunlu nota təqdim edilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}