Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiya Yaponiyanın konsulunu ölkədən qovur

Rusiya Yaponiyanın konsulunu ölkədən qovur


26-09-2022, 21:51



Yaponiyanın Moskvadakı səfirliyinin nazir-müşaviri bazar ertəsi Yaponiyanın Vladivostokdakı baş konsulluğunun rəhbəri Motoki Tatsunorinin qanunsuz fəaliyyəti ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Konsul “persona non-qrata” elan edilib və 48 saat ərzində Rusiyanı tərk etməsi tələb olunub.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Nazirlikdən bildirilib ki, baş konsulluq əməkdaşının hərəkətləri ilə bağlı Yaponiya tərəfinə sərt etiraz bildirilib və müvafiq məzmunlu nota təqdim edilib.

Şəffaflıq.az


Geri qayıt