Vüqar Əsgərli:"İlk hissədə tez qol buraxmaq futbolçularımızı şoka saldı. Bu görüş hər iki komanda üçün vacib idi".
"Tez qol vurmağımız bizə yaxşı təsir etmədi". Şəffaflıq.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra mətbuat konfransında deyib. 41 yaşlı mütəxəssis hazırda komandada müsbət məqamların az olduğunu bildirib: "Bu vəziyyəti düzəltməyə çalışacağıq. Hamı birlikdə çalışmalıdır və daha yaxşı oynamalıyıq". Belaruslu baş məşqçi "nə vaxtadək bu posta qalmağı düşünürsünüz" sualına bu cür cavab verib: "Qərarı rəhbərlik verir. İndi nəsə deyə bilmərəm. Yenilik olsa, xəbəriniz olacaq". Baqa heyətə cəlb edilən legionerlər haqqında danışıb: "Komandaya kim gəlibsə, onlarla işləmək məcburiyyətindəyəm. İşim komandanı hazırlamaqdır. Şayiələr haqqında fikir bildirməyim düzgün deyil. Legionerləri tək baş məşqçi seçmir. Skautlar, rəhbərlik, məşqçilər birlikdə qərar verir. Kim heyətə cəlb olunubsa, mənim fikrim öyrənilib". Mütəxəssis 5 tur ərzində qol vura bilmədiklərini xatırladıb: "Bunu şansa bağlamaq olmaz. Peşəkar komandayıq. Kompleks səbəblər var. Sadəcə, bəxsizliyə bağlamaq düzgün olmaz. İlk dəfədir ki, belə halla rastlaşıram. Bu durumdan çıxmağa çalışacağıq". "Şamaxı"nın baş məşqçsi Vüqar Əsgərli vacib xal qazandıqlarını söyləyib: "İlk hissədə tez qol buraxmaq futbolçularımızı şoka saldı. Bu görüş hər iki komanda üçün vacib idi".
Facebook-da paylaş