Hümbət Cavadov: GƏNC MƏŞQÇİ-MÜƏLLİMLƏRƏ METODİK TÖVSİYYƏLƏR.

 GƏNC MƏŞQÇİ-MÜƏLLİMLƏRƏ METODİK TÖVSİYYƏLƏR.
 Məşqçi-idmançi münasibətlərinə dair.

 Hümbət Cavadov: Biz məşqçi-müəllim işinin nə dərəcədə çətin olduğunu həmişə hiss edir, məşqçilərin gündəlik məşqlərdə, təlim-məşq toplanış­larında, yarışlarda necə çətinliklərlə rastlaşdığını görür və hər bir kiçik qələbənin böyük zəhmətlə əsəb gər­ginliyi bahasına başa gəldiyini duyuruq.  Ona görə də dəyərli məşqçilərimizin nəticələrini daim yüksək qiymətləndirir, onları alqışlayırıq. İdman məktəblərimizdə tələbkar, öz işini ürəkdən sevən və bu işdən zövq alan məşqçilərimiz az deyildir. Biz belə məşqçilərlə fəxr edir, onların qələbələri­nə sevinirik.
Çox təəssüflər olsun ki, bütün məşqçilər belə deyillər. Bəzi məşqçilər tələbkarlığı başqa cür ba­şa düşürlər. Belə məşqçilər gərgin vəziyyətlərdə, məşqlərdə, yarışlarda emosiyaya qatılaraq bəzən lazımsız ifadələr işlədirlər.
Nəticədə, belə məşqçilər, birinci növbədə, öz­lərini hörmətdən salmaqla yanaşı, təmsil etdikləri məktəbin reytinqini də aşağı salırlar. Belə hallara qəti yol vermək olmaz. Açığını deməliyik ki, belə məşqçilərin işə laqeyd yanaşması çox narahatlıq doğurur.
Bu cür məşqçilərə özlərinə qarşı tələbkar olma­larını məsləhət görürük. Onlar unutmamalıdırlar ki, hər bir uşaq zala vaxtını boş yerə keçirmək üçün deyil, nəsə öyrənməyə, idmanda müvəffə­qiyyət qazanmağa, haçansa Avropa, dünya çem­pionatlarında və ya Olimpiya oyunlarında Azər­baycan bayrağını yüksəklərə qaldırmaq, himnimizi səsləndirmək arzusu ilə gəlirlər. Məşqçinin əsas məqsədi yüksək tərbiyə, keyfiyyətli təlim vermək və millətimiz üçün əsl vətəndaş yetişdirmək ol­malıdır. Məşqçilər hər vasitə ilə məşqlərin maraq­lı qurulması, səmərəli keçilməsi üçün bütün metodlardan baçarıqla istifadə etmə­yə çalış­malıdır­lar. Müşahidə göstərir ki, eyni formalı məşqlər, məşqdə eyni hərəkətlərin və fəndlərin lüzumsuz təkrarı uşaqları tez yorur, onları bezdirir. Bu, məşqçinin zəif olduğunu göstərir və uşaqlarda məşqçiyə qarşı inamsızlıq yaradır. Belə məşqlər uşaqlar üçün maraqlı olmur, başqa söz­lə, məşq öz marağını itirir, nəticədə uşaqlar tez-tez məşqi buraxmağa başlayırlar və nəhayət, belə maraqsız, məzmunsuz məşqlər tez bir za­manda uşaqlar üçün yüngül əyləncəyə çevrilir. Nəticədə, uşaq məşqi birdəfəlik atır.
Müşahidələr göstərir ki, uşaqların məşqdən uzaqlaşması məşğələlərin məhz birinci ilinə daha çox təsadüf cdlir. Məşqdən uzaqlaşmanın müxtəlif səbəbləri ola bilər. Etiraf etməliyik ki, ən əsası məşqlərin düzgün qurulmaması, maraqlı keçilməməsidir. Uşaqların məşqlərə cəlb edilməsi, məşq­lərin günün tələbləri səviyyəsində qurulması üçün məşqçi daim axtarışda olmalıdır. Buna görə məşq­çilər bütün yeniliklərlə maraqlanmalı, keçirilən yarışları izləməli, seminarlarda iştirak etməli, yığ­ma komandaların məşqlərində olmalı, məşqlərdə metodiki vasitələrdən istifadə etməli, nəzəri bilik­lərini daim artırmalıdır. Məşqçilər məşqlərin ma­raqlı keçməsi üçün bütün bilik və bacarıqlarını sərf edərək məşğul olanların maraq dairəsini daim yüksəltməlidirlər. Onlarda güləşməyə böyük hə­vəs, ruh yüksəkliyi, məşq üçün şən əhval ruhiyyə yaradılmalıdırlar. Hər məşq yüksək səviyyədə təşkil edilməli, lazımi tələbkarlıqla keçilməli, məşqdə "özünəməxsus" komandalar verilməməli və düz­gün olmayan ifadələr işlədilməlidir.
Verilən komandalar və ifadələr uşaqlarda müsbət emosiyalar yaratmalıdır. Əlbəttə, bütün bunlar uşaqların məşqdə fəallığını artırır, onlarda xoş əh­val-ruhiyə yaradır. Əksinə, məşqlərdə eyni ifadə­lərin işlədilməsi və dönə-dönə, yerli-yersiz ko­mandalar verilməsi uşaqların əhval-ruhiyyəsini aşağı salır, onları süstləşdirir, fəallığını azaldır, məşq etmək həvəsini öldürür. Uşaqlar verilən tap­şırıqları çox həvəssiz yerinə yetirirlər. Məşqçilər, bu baxımdan, həmişə diqqətli olmalıdırlar. Qeyd olunan hallar İbtidai Hazırlıq Qurupunda (İHQ) özünü daha çox büruzə verir. Məşqçilər İHQ üçün illik iş planı tərtib edərkən məşğul olanların yaş qrupunu nəzərə almalı, öyrətmə prosesində təli­min prinsiplərinə əsaslanmalıdırlar. İbtidai hazır­lıq qrupunun məşqçilərinə daha səbirli, uşaqlara qarşı diqqətli və mehriban olmaları məsləhət gö­rülür.
Yadda saxlamaq lazımdır ki, ilk dəfə xalça üzərinə çıxan hər bir uşaq yeni bir aləmə qədəm qoyur. Yeni mühit fiziki və psixaloji cəhətdən hə­lə tam bərkiməmiş uşağa müxtəlif cür təsir edə bilər. Güləşməyə böyük arzu və is­təklə gələn uşaq məşqçinin kiçik diqqətsizliyi və yaxud səhvi üzündən tez bir zamanda məşqdən uzaqlaşa bilər. Məşqçilərə bu dövrdə uşaqlara qarşı daha diqqətli, qayğıkeş və səmimi olmalarını məsləhət görürük. Əfsuslar olsun ki, bu, həmişə belə olmur. Etiraf etməliyik ki, bəzi məşqçilərin uşaqlara qarşı adi diqqətsizliyi, kiçik səhvi üzündən hər il yüzlərlə uşaq məşqlərdən uzaqlaşır.
Biz hər il uşaqları bölmələrə qəbul edərkən qəbul sınaq normalarının ödənilməsi zamanı və son­rakı məşq prosesində uşaqların orta məktəblərdən fiziki cəhətdən nə dərəcədə zəif gəldiklərinin, bə­dən tərbiyəsi və idman haqqında nəzəri biliklər­dən xəbərsiz olduqlarının şahidi oluruq.
Məşqçilər belə uşaqlarla çox çətinlik çəkirlər. Demək olar ki, ibtidai hazırlıq dovründə məşqlər bütövlükdə uşaqların ümumi fiziki hazırlığının in­kişafına yönəldilir. Etiraf etməliyik ki, belə məşq­lərdə uşaqlar üçün çox da maraqlı olmur. Böyük həvəslə məşqlərə başlayan uşaq güləş texnikasını, fondləri tez bir zamanda öyrənməyə can atır, o öz qüvvəsini sınamaq, həmyaşıdları ilə güləşmək is­təyir. Sözsüz ki, məşqçilərdən bu dövrdə böyük ustalıq tələb olunur. Əlbəttə, İHQ-da ümumi fizi­ki hazırlığa (ÜFH) xüsusi yer verilməlidir. Lakin, bununla yanaşı, nəzəri hazırlıq, XFH, texniki, tak­tiki hazırlıq, psixoloji hazırlıq da proqramda veril­miş saatlarla (illik plana əsasən) gündəlik məşq­lərdə ardıcıl şəkildə, təlimin prinsiplərinə əsasən mövcud metod və vasitələrə tədris edilməlidir.
Müşahidələr göstərir ki, bir çox yeniyetmə idmançılar yarışlarda yüksək nəticələrin qazanmağa başladıqları  bir dövrdə gözlənilmədən məşqçi-idmançı münasibətlərinin pozulması üzündən idmandan tez bir zamanda uzaqlaşırlar.
Burada konkret olaraq məşqçini və yaxud idmançını günahlandırmaq çox çətindir.
Əlbətdə belə xoşagəlməz  hallarda məşqçi idmançını, idmançı isə məşqçini günahlandırır. Məşqçi idmançının qazandığı qələbələrdən “baş gicəllənməsi”, lovğalığı ilə günahlandırırlar.
İdmançı isə mıəşçini öz işini düzgün qura bilməsində, məşqçinin onunla düşündüyünü bəhanə edir.
Mənə elə gəlir ki, məqçi-idmançı münasibətlərində bir çox vacib amilləri vardır. Məncə buarda münasibətlərin pozulmasında sadəcə idmançının illərlə birgə görülən işi lazımınca qiymətləndirməməsi, məşqçini isə tələbkarlıqla yanaşı lazım gəldikdə güzəştə getməməsidir.
Etiraf etməliyik ki, məşqçi-idmançı münasibət­lərinin düzgün qurulması, birinci növbə­də, məşqçidən çox asılıdır. Məşqçi hər yerdə məşqlərdə, təlım-məşq toplanışlarında, yarışlarda və s. çox gər­gin vəziyyətlərdə belə səbirli, təmkinli davranmalı yüksək mədəniyyət nümayiş etdirməklə yetirmələrinə nümunə olma­lıdır. İdmançı isə, öz növbəsində, məşq­çinin gözəl xüsusiyyətlərini əxz etməli, ona bənzəməyə çalışmalıdır. Məşqçilər unutmamalıdır ki, uşaqları yoldaşlarının qarşısında pərt etmək və ya ağır söz de­məklə onu təhqir etmiş olur. Məşqçi, ça­lışmalıdır ki, idmançıların buraxdığı səhvləri onlara elə çatdırsın ki, onlar səhvi başa düşsünlər və nəticə çıxarsın­lar. Görüşlərdə, yarışlarda yetirmələri­nin zəif çıxışları və məğlubiyyəti zama­nı məşqçinin idmançıya qarşı kobud rəf­tarı idmançının öz müəlliminə olan inanını qıra bilər. Ona görə də, belə mə­qamlarda məşqçilər daha səbirli və diq­qətli olmalı, emosiyaya qapılmamalı, uşaqların qəlbinə yol tapmaq üçün ən optimal variant seçməyi bacarmalıdırlar. Əlbəttə, o, həmişə yetirmələrinin tərifə­layiq hərəkətlərinə qarşı diqqətli olmalı, onların yaxşı cəhətlərini nəzərdən qaçır­mamalı, belə uşaqlan lazımınca təriflə­məli və yoldaşlarına nümunə göstərməlidir. Müşahidələr göstərir ki, məşqçi-id­mançı münasibətlərinin səmimi qurul­ması nəticəsində idmançı məşqçiyə daha da yaxın olur. O, bilmədiklərini məşqçi­dən çəkinmədən soruşur, idmançının öz fikrini ifadə etməsi və bacarığını göstər­məsi üçün meydan açılır. Bütün bunlarla yanaşı, gənc məşqçi-müəllimlərə məslə­hət görərdik ki, öz bilikləri ilə heç za­man kifayətlənməsinlər, daim öz üzərlə­rində çalışsınlar, yeniliklər axtarsınlar, dünya idmanında baş verən hadisələrdən xəbərdar olsunlar və nəhayət, nitq mədəniyyətini daim inikişaf etdirsinlər. Ta­nınmış rus pedoqoqu Uşinski tərbiyədə şəxsi nümunəni heç bir dərslik, heç bir əxlaqi nəsihət, heç bir cəza, heç bir rəğ­bətləndirmə ilə əvəz edilə bilməyən ecazkar qüvvə adlandırmışdır. Deməli, məşqçi-müəllimin şəxsi nümunəsi məşqin keyfiyyətinə də çox bö­yük təsir göstərir. Gənc məşq­çi-müəllimlərə onu da bildir­mək istərdim ki, məşqçinin uşaqlara hörmətlə yanaşması onlarda inam hissini də gücləndirir. O, həmişə çalışmalıdır ki, hər bir uşaq tək olmadığını, arxasında böyük bir kollektivin durduğunu hiss etsin. Məşqçi uşaq­lara elə bir inam aşımalıdır ki, onlar bütün dünyanı dəyişməyə qadir olduqlarını hiss etsinlər. Yadda saxla­maq lazımdır ki, belə hişslər uşaqlarda şəxsi yaradıcılıq qabiliyyətini artırır. Məşqçi-müəllimlərin yetirmələrinə qar­şı xeyirxah münasibətləri, hörməti, uşaq­ları olduğu kimi qəbul etməsi, onları da­im dəstəkləməsi, bacarıqlarına inam va­cibdir. Belə olan halda qarşıya çıxan problemlərin həllində məşqçinin göstərdiyi istənilən cəhdi yetirmələri tərəfindən yaradıcı bir fikir kimi qiymətləndiriləcəklər və onlar məşqçiyə cid­di və hörmətlə yanaşa­caqlar. Təlimin psixoloji mühitinin məhz bu şəkildə dəyişdi­rilməsi halında uğursuzluq qorxusu, inamsızlıq hissi aradan götürülə və məş­ğul olanların idrak fəallğı məşq boyu la­zımı səviyyədə qoruna bilər. Bu yanaşmanın əsas üstünlüyü real idrak fəaliy­yətinə əsaslanan təlimdə nəzərdə tutu­lur. Bu da idrak fəaliyyətinin gedişində uşaqların təfəkküründə, gerçək ziddiy­yətlərin həlli imkanlarına əsaslanır. Real ziddiyyətlərdən yaranan emosiyalar əqli ehtiyatların səfərbərliyini təmin edir, id­rak fəaliyyətini şövqləndirir, diqqəti uzun müddət cəmləməyə imkan yaradır. Bütün bunlar, öz növbəsində, uşaqların iradi və mənəvi keyfiyyətlərinin inkişaf etdirilməsi, onlarda müstəqil düşünmə, müstəqil öyrənmək, öyrəndiklərinin ma­hiyyətini şüurlu surətdə başa düşmək, müstəqil fikir söyləmək bacarığı aşılayır.
Məşqçilər yadda saxlamadır ki, məşqlərin necə tələbkarlıqla keçirilməsindən asılı olmayaraq, öz fikrini söyləməkdə idmançılara həmişə sərbəstlik verilməlidir. Bu onların potensial imkanlarını üzə çıxarmaqda xüsusi rol oynayır. Məşqçi-müəllimlər hər vasitə ilə məşqləri bir-birindən maraqlı etməyə çaşma­lı, süni problemli situa­siyalar yarmaqla idmançıları düşünməyə vadar etməyi bacarmalıdırlar. Məşqlərdə yaxşı mənadan, mübahisəli məsələlər ya­ratmaqla dibatlar, diskussiyalar təşkil edilə bilər ki, bu da öz növbəsin­də, uşaqlara öz fikirlənni sər­bəst ifadə etmələri, qarşılıqlı fi­kir mübadiləsi aparmalarına çox kömək edə bilər.
Hümbət Cavadov
Sərbəst güləş üzrə SSRİ idman ustası.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}