Sakit okeanda 7,6 ballıq zəlzələ baş verdi
Sakit Okeanın Papua-Yeni Qvineya sahillərində 7,6 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi məlumat verib. Zəlzələ Kainantu bölgəsində qeydə alınıb. Zəlzələdən sonra Papua-Yeni Qvineya və İndoneziya sahillərində sunami xəbərdarlığı edilib, lakin sonradan xəbərdarlıq ləğv edilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş