Sakit Okeanda 8,0 bal gücündə zəlzələ olub

 

Sakit Okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadek Arxipelaqı sahillərində 8,0 bal gücündə zəlzələ baş verib.

Şəffaflıq.az Trend-ə istinadən məlumat verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, təkanların ocağı 10 kilometr dərinlikdə olub. Zəlzələnin episentrinə yaxın yaşayış məntəqələri yoxdur.

ABŞ Milli Tsunami Xəbərdarlıq Mərkəzi sunami xəbərdarlığını yayımlayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}