Əsas Səhifə > Hadisə / Dünya > Sakit Okeanda 8,0 bal gücündə zəlzələ olub
Sakit Okeanda 8,0 bal gücündə zəlzələ olub5-03-2021, 10:52 |
Sakit Okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadek Arxipelaqı sahillərində 8,0 bal gücündə zəlzələ baş verib. Şəffaflıq.az Trend-ə istinadən məlumat verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib. Məlumata əsasən, təkanların ocağı 10 kilometr dərinlikdə olub. Zəlzələnin episentrinə yaxın yaşayış məntəqələri yoxdur. ABŞ Milli Tsunami Xəbərdarlıq Mərkəzi sunami xəbərdarlığını yayımlayıb. Geri qayıt |