Andropovun güllələtdirdiyi milyonçu qadın – Berta Borodkina kurort şəhərinin iaşə obyektlərinə rəhbərlik edib

 Prokurorluq əməkdaşları onun mənzilində axtarış aparanda təəccüblərini gizlədə bilməyiblər. Aşkar edilən pulları saymaq üçün hesablayıcı maşına ehtiyac duyulub. Üç kiloqramlıq balonlara yığılmış pullardan başqa, istilik radiatorlarının içərisindən tapılmış sellofan torbalarda olan 100-lük, 50-lik əskinazlar hesablamanı bir az da çətinləşdirib. Ümumilikdə evdən 560 min rubl nağd pul tapılıb. Amma məsələ bununla yekunlaşmayıb. Kiloqramlarla qızıl-zinət əşyaları, qədim xalçalar, xəz məmulatları, yapon istehsalı olan texniki avadanlıqlar, həmin dövrdə dəbdə olan büllur qablar və servislər sonralar istintaq zamanı 1 milyon 200 min rubl dəyərində qiymətləndirilib.
Təbii ki, 1980-ci illərdə SSRİ-də bu qədər var-dövlətə sahib olmaq ağılasığmaz bir məsələ sayılıb. Özü də ayda 180 rubl əmək haqqı alan bir qadının sahib olması...
Maraqlıdır, dövrün milyonçu qadını kim olub?
 Berta Borodkina 1927-ci ildə Kiyev vilayətinin Belaya Tserkov şəhərində anadan olub. Heç bir ali və orta ixtisas təhsili olmayan Borodkina ilk əmək fəaliyyətinə Krasnodar diyarının kurort şəhərlərindən biri olan Gelencikdə adi yeməkxanaların birində xidmətçi kimi başlayıb. Diribaş, çevik, həm də yaraşıqlı və mehriban olan Berta Borodkina qısa müddətdən sonra fəaliyyətini şəhər restoranlarının birində bufetçi kimi davam etdirib.
 Az-çox restoran-kafe işində təcrübə topladıqdan, zəruri tələbatlarını ödəyəcək qədər pul qazandıqdan sonra Borodkina fəaliyyət dairəsini genişləndirməyə qərar verib. Şəhər rəhbərliyi ilə yaxın münasibətləri onun bu qərarını gerçəkləşdirib. Borodkina Gelencikdə restoranların birinə direktor təyin edilib. Zənginliyə gedən yollar da elə buradan başlayıb.
1970-ci ildə SSRİ Nazirlər Sovetinin 723 saylı qərarı ilə Gelencik şəhəri ümumittifaq kurort statusu alıb. Bu qərardan sonra şəhərdə yeni sanatoriya, pansionat, istirahət evləri ilə yanaşı, yeni ictimai iaşə obyektləri, restoranlar, kafelər də tikilməyə başlayıb. Şəhərə turist axınının sayı 2-3 dəfə artıb. Bu da öz növbəsində Borodkinanın da fəaliyyətinə müsbət təsir göstərib, rəhbəri olduğu restoranın müştəriləri çoxalıb.
Əslində Borodkinanın müştəri baxımdan problemi olmayıb. Onun daimi və xüsusi qonaqları, şəhərin yüksək vəzifəliləri ona bəs edib. Ancaq bütün bunlar Borodkinanı qane etməyib.
 1973-cü ildə Gelencik şəhər İcraiyyə Komitəsinin sədri Nikolay Poqodin şəhər Partiya Komitəsinə birinci katib təyin edilib. Borodkina ilə Poqodinin arasında yaxın münasibətlər olub. Məhz bu yaxın münasibətlər sayəsində heç bir təhsili olmayan Borodkina Gelencik şəhər ictimai iaşə trestinin baş direktoru vəzifəsinə təyin edilib. Sovet dövründə bu vəzifə kifayət qədər yüksək və “gəlirli” bir vəzifə sayılıb. Şəhərdə fəaliyyət göstərən restoran, kafe, çayxana, yeməkxana, ev mətbəxləri, qəlyanaltı, bufet və s. məhz bu trestə tabe olub.
Borodkinanın bu vəzifəyə təyin olunması ilə Gelenciyin ictimai iaşə sistemində yeni yazılmamış qanunlar hökm sürməyə başlayıb, böyük peşəkarlıqla hazırlınmış maxinasiya mexanizmi işə düşüb, il ərzində kurort şəhərinə iatirahətə gələn on minlərlə insan “mədəni” şəkildə soyğunçuluğa məruz qalıblar.
Məsələn, restoran, kafe və yeməkxanalarda bir nəfərlik yemək porsiyasında aşağıdakı maxinasiya variantları istifadə edilib: yeməkdə istifadə olunan çəkilmiş ətin tərkibinə çörək qatılıb, ətin çəkisi azaldılıb, ikinci və üçüncü növ ətlər birinci növ ətin qiymətinə satılıb, yeməkdə istifadə olunan digər məhsulların çəkisi və növü dəyişdirilib, böyük obyektlərdə ikinci gizli kassa aparatları saxlanılıb, yəni müştəriyə təqdim olunan hesab çeki ilə, əsl hesab çeki fərqlənib. Bu yalnız bir nəfərlik yemək porsiyasında keçirilən əməliyyatlar olub.

 Qeyd etdiyimiz kimi, Borodkina şəhərin birinci katibi ilə isti münasibətdə olub və yüksək səviyyədə onun qulluğunda dayanıb. Sonralar özünün də etiraf etdiyi kimi, Borodkina təkcə 1979-1980-ci illərdə birinci katib Nikolay Poqodinə 15 min rubl rüşvət verib. Həmin dövr üçün bu böyük məbləğ sayılıb və həmin dövrdə bu pulla 3 “Jiquli” avtomobili almaq mümkün olub.
O cümlədən Borodkinanın Gelencik şəhərinin tabe olduğu Krasnodar diyar Partiya Komitəsinin birinci katibi Sergey Medunovla da son dərəcə mehriban əlaqələri yaranıb. Bu həmin Medunovdur ki, Leonid İliç Brejnevlə dostluq münasibətləri onu təkcə Krasnodarda yox, Kremldə də söz sahibi edib. (Sergey Medunov haqqında növbəti saylarımızda geniş yazı təqdim ediləcək). Krasnodara ali qonaqlar gələndə Medunov onların şərəfinə veriləcək ziyafət məsələlərini məhz Borodkinaya həvalə edib. Birinci katib yaxşı bilib ki, Borodkinanın açdığı süfrədə Moskvada defisit sayılan məhsullar da olacaq.
Hətta Borodkinaya Brejnevə süfrə açmaq, onunla ünsiyyətdə olmaq da nəsib olub. Bax, elə buna görə də, Borodkinaya heç kim “gözünün üstə qaşın var” deyə bilməyib.
Ancaq “Dəmir Bella”nın kurort hökmranlığı uzun çəkməyib.
 Birinci hədəfə düşən isə “Dəmir Bella” olub. 1982-ci ildə Gelencikdə xidmət edən dövlət təhlükəsizliyi əməkdaşlarına siqnal daxil olub ki, şəhər restoranlarının birində porno filmlər nümayiş olunur. DTK əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində fakt təsdiqini tapıb və restoranın rəhbərliyi həbs edilib. İstintaq zamanı direktor və inzibatçı bunu iaşə trestinin baş direktoru Borodkinanın təşəbbüsü və razılığı ilə etdiklərini söyləyiblər.
Bu hadisədən sonra Andropovun göstərişi ilə böyük bir qrup Moskvadan Krasnodar diyarına ezam olunub. Əvvəlcə ictimai iaşə obyektlərinin yoxlanılması başlanılıb. Bu, Brejnevin səhhətinin ağır olduğu,ömrünün son günlərini yaşadığı bir ərəfəyə təsadüf edib.
Medunov və diyarın digər şəhər partiya komitələrinin birinci katibləri vəzifələrindən azad olunublar, həbslər başlanıb, hətta intihar edənlər də olub. “Dəmir Bella” haqqında da həbs qətimkan tədbiri seçilib.
Borodkinanı həbs edəndə o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına “siz gəlib məndən üzr istəyəcəksiniz, qarşımda baş əyəcəksiniz” deyə onları hədələyib. Və o, elə düşünüb ki, süfrə açdığı, rüşvət verdiyi adamlar onu xilas edəcək. Amma heç kimdən səs çıxmayıb. Heç kim sərt Andropovla üz-üzə durmaq istəməyib.
Borodkinanın istintaqını Andropov şəxsən öz nəzarətinə götürüb və məhkəməyə qeyri-rəsmi göstərişini də verib: “Ən ağır cəza...”
Beləliklə, məhkəmə Gelencik olaylarının baş qəhrəmanını Andropovun təkidi ilə ən ağır cəzaya, güllələnməyə məhkum edib.
Məhkəmənin hökmü 1983-cü ilin avqustunda Novoçerkask həbsxanasında icra edilib.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi Stalin hakimiyyəti illərindən sonra SSRİ-də ölüm hökmünə cəmisi 3 qadın məhkum edilib ki, onlardan biri də məhz “Dəmir Bella” adı ilə məşhurlaşan Berta Borodkina olub.
İlham Cəmiloğlu, Musavat.com

Xəbəri paylaş

Facebook-da paylaş

{sape_links}{sape_article}