Türkiyədə əməliyyat keçirilib, FETÖ liderinin mühafizəçisi saxlanılıb


Türkiyənin Kayseri şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində keçmiş FETÖ lideri Fətullah Gülənin mühafizəçisi saxlanılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Onun keçmiş polis işçisi olduğu bildirilir.

Bundan başqa, hüquq-mühafizə orqanlarından kənarlaşdırılan daha səkkiz nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, F.Gülən bu il oktyabrın 21-də ABŞ-nin Pensilvaniya ştatında müalicə aldığı xəstəxanada ölüb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}