Türkiyədə silahlı hücum zamanı bir neçə polis əməkdaşı yaralanıb, 11 şübhəli saxlanılıb
Türkiyənin İzmir şəhərində 3 polis əməkdaşı yaxalamaq istədikləri şəxs tərəfindən silahlı hücuma məruz qalıb. Bu barədə Şəffaflıq.az yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, hadisə Seferihisar rayonunda qeydə alınıb. Silahlı insidentin baş verdiyi əraziyə polis əməkdaşları göndərilib. Asayiş keşikçiləri hadisə yerinə çatanda onlara silahlı hücum olub. Hücum zamanı 3 nəfər yaralanıb. Hadisə yerinə növbəti dəfə polis əməkdaşları və təcili yardım göndərilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb. Yaralıların ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Asayiş keşikçilərinə hücum edən şəxs saxlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş