Xəzəryanı ölkələrin ekoloji təşkilatlarının platforması çərçivəsində memorandum imzalanıb


COP29 çərçivəsində “The Caspian House”: Xəzəryanı ölkələrin ekoloji təşkilatlarının platforması” adlı layihənin təqdimatı və Xəzəryanı 4 ölkə tərəfindən birgə protokolun imzalanması mərasimi keçirilib.

Şəffaflıq.az-ın məlumatına görə, layihənin məqsədi Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanın qeyri-hökumət təşkilatlarının ekoloji birliyinin yaradılmasıdır.

Əməkdaşlıq barədə sənədi “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyinin sədri Şəlalə Həsənova, “Avrasiya Xalqlarının Assambleyası”nın baş katibinin müavini Stanislav Korolyov, “EkoForum-Qazaxıstan” İctimai Birliyinin sədri Svetlana Moqilyuk, “Tebiqi Kuvvat” İctimai Birliyinin rəhbəri Bərkəli Atayev imzalayıblar.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” adlı qrant müsabiqəsində qalib olan “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin layihəsi çərçivəsində keçirilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}