Azərbaycanda bərpa olunan enerji layihələri ilə bağlı avadanlıqların idxalı vergidən azad edilir
Azərbaycanda dövlət-özəl tərəfdaşlığı ilə həyata keçirilən bərpa olunan enerji layihələri ilə bağlı avadanlıqların idxalı vergidən azad ediləcək. Şəffaflıq.az xəbər verir ki, bu, Vergi Məcələsinə dəyişiklik edilməsi ilə bağlı layihəsində öz əksini tapıb. Sənədə əsasən, dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl tərəfdaş olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə etməklə, müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi məbləğdən aşağı olamayan eleketrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanınn müəyyən etdiyi orqanın təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı- müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunauyğun olaraq bağlanmış dövlət-özəl tərəfdaçşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq bağlanmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən edilən müddətə, ancaq 30 ildən çox olmayaraq vergi ödəməkdən azad edilir.
Facebook-da paylaş