Fransa və Almaniya rusiyalılar üçün şengen qadağasına qarşı çıxır
Fransa və Almaniya Aİ xarici işlər nazirlərinin Praqada keçiriləcək iclasında Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsi qadağasına qarşı çıxacaqlar. Bu barədə “Bloomberg” avqustun 27-də tədbirə aid yayımlanan sənədin mətninə istinadən xəbər verib. “Biz demokratik sistemlərdə, xüsusən də gələcək nəsillər üçün şəxsi həyat təcrübəsinin dəyişdirici gücünü düzgün qiymətləndirməliyik”, - deyə sənəddə bildirilir. Qeyd olunur ki, Berlin və Paris bəzi dövlətlərin bu məsələdə narahatlığını başa düşür, lakin hesab edirlər ki, Aİ hökumətlə əlaqəsi olmayan insanlara - tələbələrə, sənətçilərə, alim və mütəxəssislərə viza verməlidir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş