Əsas Səhifə > Dünya > Fransa və Almaniya rusiyalılar üçün şengen qadağasına qarşı çıxır
Fransa və Almaniya rusiyalılar üçün şengen qadağasına qarşı çıxır28-08-2022, 10:14 |
Fransa və Almaniya Aİ xarici işlər nazirlərinin Praqada keçiriləcək iclasında Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsi qadağasına qarşı çıxacaqlar. Bu barədə “Bloomberg” avqustun 27-də tədbirə aid yayımlanan sənədin mətninə istinadən xəbər verib. “Biz demokratik sistemlərdə, xüsusən də gələcək nəsillər üçün şəxsi həyat təcrübəsinin dəyişdirici gücünü düzgün qiymətləndirməliyik”, - deyə sənəddə bildirilir. Qeyd olunur ki, Berlin və Paris bəzi dövlətlərin bu məsələdə narahatlığını başa düşür, lakin hesab edirlər ki, Aİ hökumətlə əlaqəsi olmayan insanlara - tələbələrə, sənətçilərə, alim və mütəxəssislərə viza verməlidir. Şəffaflıq.az Geri qayıt |