Müasir istiləşmə son yeddi min ilin ən güclü istiləşməsi olub
Son onilliklərdə Qərbi Sibirin şimalında yay son yeddi min illə müqayisədə daha isti keçir. Bunadək temperatur yuxarı qalxsa da, yenidən aşağı düşürdü. 19-cu əsrdən etibarən isə istiləşmə davamlı olaraq artıb və hazırda öz zirvəsinə çatıb. Bu qənaətə Ural Federal Universitetinin alimləri gəlib. Onlar 40 ildir ki, Yamal ağacları qalıqlarının yaş halqalarını tədqiq edir və iqlim dəyişikliyinin xronologiyasını yenidən qururlar. Alimlərin sözlərinə görə, Şimal yarımkürənin subqütb enliklərində Yerin orbital parametrlərinin tsiklik dəyişməsi ilə əlaqədar olaraq yay aylarında günəş enerjisinin qəbulunda tədricən azalma müşahidə olunur. Bu mərhələ təxminən 8-9 min il əvvəl başlayıb və indi də davam edir. Lakin ağac halqası məlumatları göstərir ki, 19-cu əsrin ortalarından etibarən tendensiyanın dəyişməyə, temperatur çox sürətlə yüksəlməyə başlayıb və son onilliklərdə özünün ən yüksək göstəricilərinə çatıb. Alimlər hesab edirlər ki, bu cür dəyişikliklərin əsas səbəbi insan fəaliyyətidir. Şəffaflıq.az
Facebook-da paylaş