Azərbaycan millisinin hücumçusu koronavirusa yoluxub


Azərbaycan millisinin və İsveçrə "Qrasshopper"inin futbolçusu Renat Dadaşov koronavirusa yoluxub.

Şəffaflıq.az "Report"a istinadən bildirir ki, səfərdə "Sion"la 2:2 hesablı heç-heçə etdikləri V tur matçından sonra test nəticəsi müsbət çıxan 23 yaşlı hücumçu artıq sağalıb.

Bir həftəlik karantin müddətini başa vuran forvard komandaya qoşulub. Futbolçunun İsveçrə Kubokunda bu gün "Vettsvil-Bonştetten"ə qarşı matçda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, Renat Dadaşov hazırda 3 qolla "Qrasshopper"in ən sərrast futbolçusudur. Onun komandası 9 xalla 3-cü pillədə qərarlaşıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}