Deputatdan TƏKLİF: Müharibə veteranlarına verilən təqaüd ARTIRILSIN
 
 
“Sosial müdafiə və təminat sahəsinə 3 milyarddan çox vəsait ayrılıb. Amma hazırda çoxlu müraciətlər, narazılıqlar var”. 
Şəffaflıq.az məlumat verir ki, bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli deyib. 
O qeyd edib ki, həmin sahədə qənaət edilən vəsaitlər hesabına qazilərin problemləri həll edilə bilər.
Deputat əlavə edib ki, müharibə iştirakçılarına diqqət artırılmalıdır. 
“Onlar şəhid olmayıbsa, yaralanmayıbsa, o demək deyil ki, diqqətdən kənarda qalmalıdırlar. Müharibə veteranlarına verilən 80 manat təqaüd azdır, bu məbləği artırmaq lazımdır”, - Tahir Kərimli əlavə edib. 
	
	
	
 	Xəbəri paylaş
	
			
        
 
         
 Facebook-da paylaş 
 
			








 
 