Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Deputatdan TƏKLİF: Müharibə veteranlarına verilən təqaüd ARTIRILSIN
Deputatdan TƏKLİF: Müharibə veteranlarına verilən təqaüd ARTIRILSIN17-06-2022, 17:20 |
“Sosial müdafiə və təminat sahəsinə 3 milyarddan çox vəsait ayrılıb. Amma hazırda çoxlu müraciətlər, narazılıqlar var”. Şəffaflıq.az məlumat verir ki, bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli deyib. O qeyd edib ki, həmin sahədə qənaət edilən vəsaitlər hesabına qazilərin problemləri həll edilə bilər. Deputat əlavə edib ki, müharibə iştirakçılarına diqqət artırılmalıdır. “Onlar şəhid olmayıbsa, yaralanmayıbsa, o demək deyil ki, diqqətdən kənarda qalmalıdırlar. Müharibə veteranlarına verilən 80 manat təqaüd azdır, bu məbləği artırmaq lazımdır”, - Tahir Kərimli əlavə edib. Geri qayıt |