"Sorğu keçirsək, əhalinin 100 faizi "uşaqpulu" istəyir" - "Bu, Qarabağ məsələsi kimi vacib bir məsələdir"

 

Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən deputat Tahir Kərimli "uşaqpulu"nun bərpa olunmasını təklif edib. 

Şəffaflıq.az xəbər verir ki, deputat dövlətin maliyyə imkanlarının bu xərci qarşılamaq iqtidarında olduğunu qeyd edib:“Nazirimiz deyir ki, “uşaqpulu” verilməsinə 2,5 milyarddan artıq pul lazımdır. Əgər sosial müavinəti məsələsini saxlamaq mümkündürsə, saxlayaq, mümkün deyilsə, ləğv edib yerinə "uşaqpulu" verək.

Bu, Qarabağ məsələsi kimi vacib bir məsələdir. Gedib sorğu keçirsək, əhalinin 100 faizi "uşaqpulu" istəyir. 18 yaşı olan kimi çağırış vərəqəsi verib, əsgərliyə aparırıq, bəs, bu uşağın böyüdülməsinə dövlətimizin yardımı olurmu? Bunu bütün xalqımız tələb edir".

T. Kərimli vurğulayıb ki, ən kasıb ölkələrdə belə "uşaqpulu" verilir.

"Pandemiya nə qədər uzun çəksə də, müvəqqətidir, ötüb keçəcək. "Uşaqpulu" isə strateji məsələdir. 600 min nəfərə 190 manat verilib. Bu vəsait də azdır axı. "Uşaqpulu" verilsəydi, daha yaxşı olardı. Bizim valyuta ehtiyatımız var, ildə onun 1 milyardını bunun üçün ayıraq”-deyə millət vəkili qeyd edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}