Siyavuş Novruzov: ”Qarabağ müharibəsi veteranlarına 150-180 manat müavinət verilsin”
Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov Qarabağ müharibəsi veteranlarına müavinətlərin artırılması ilə bağlı təklif irəli sürüb:
“2018-ci ilin Prezident seçkilərindən sonra Qarabağ müharibəsi veteranlarına 150-180 manat müavinət verilməsini təklif etmək istəyirəm. Təkcə sosialyönümlü qanunların qəbul olunması və həyata keçirilməsi istiqamətində 9 milyard manatdan çox vəsait ayrılıb . Düzdür, Qarabağ veteranlarına verilən müavinət 50 manatdan 80 manata qaldırılsa da, bugün qiymətlərdə dəyişiklik olduğu üçün veteranlara verilən müavinət də artmalıdır. Mənim fikrimcə, heç olmasa bu 150-180 manat həcmində verilsə, qismən də olsa maddi imkanları yüksəlmiş olar”.
Şəffaflıq.az
Facebook-da paylaş