Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü İsmayılzadə Əbil Amil oğlu və 1997-ci il təvəllüdlü İlyasov Elvin Əlislamoğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}