Əsas Səhifə > Hadisə > Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var


13-05-2022, 09:20
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü İsmayılzadə Əbil Amil oğlu və 1997-ci il təvəllüdlü İlyasov Elvin Əlislamoğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.

Geri qayıt