Azərbaycan millisi növbəti qələbəsini qazanıb

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını başa vuran Küveyt seçməsi ilə növbəti yoldaşlıq oyununu keçirib.
"Report"un məlumatına görə, Bakı “Su İdman Sarayı”nın ərazisindəki meydançada baş tutan qarşılaşma Azərbaycan komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Millinin heyətində Fuad Hüseynov, Amid Nəzərov və Ramil Əliyev fərqlənib.
Qeyd edək ki, yığma bu rəqiblə keçirdiyi dörd oyunun 3-də qələbə qazanıb, bir oyunda isə məğlub olub.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}