Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" ilk yoxlama oyununu keçirib.

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" ilk yoxlama oyununu keçirib.
Şəffaflıq.az-ın məlumatına görə, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Polşa "Zaqlembe"si ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Qırmızı-qaralar"ın qolunu 9-cu dəqiqədə Fernan Lopes vurub.
Bakıda hazırlıqlarını davam etdirən "Səbail" və "Keşlə" komandaları isə "Dalğa Arena"da qarşılaşıblar. "Keşlə" bu matçda 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Qəbələ" yanvarın 21-də "Borets" (Şimali Makedoniya), yanvarın 24-də "Bohemians" (Çexiya) ilə üz-üzə gələcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}