Namik Ələskərov Bursa təmsilçisinin heyətində rəsmi qarşılaşmalarda ilk qoluna imza atıb.

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu 1-ci liqada növbəti oyununu keçirib.
Şəffaflıq.az-ın məlumatına görə, komanda X turda "Balıkesirspor"la üz-üzə gəlib.
Qarşılaşma "Bursaspor"un 2:0 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Ələskərov 29-cu dəqiqədə görüşdə ilk qolun müəllifi olub.
Beləliklə, Namik Ələskərov Bursa təmsilçisinin heyətində rəsmi qarşılaşmalarda ilk qoluna imza atıb.
Yarımmüdafiəçi 88-ci dəqiqədə əvəzlənib.
Doqquz oyundan sonra xallarının sayını 11-ə çatdıran "Bursaspor" 9-12-ci yerləri bölüşdürür.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}