"Zirə" "Keşlə" oyununda böyük hesabla məğlubiyyət..

 Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
Şəffaflıq.az-ın məlumatına görə, günün ikinci matçında "Keşlə" "Zirə"ni qəbul edib.
“ASK Arena"da təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Keşlə"nin qollarını 20-ci və 71-ci dəqiqədə Şahrux Qadoyev, 45-ci dəqiqədə Vüsal İsgəndərli, 90-cı dəqiqədə isə Pərviz Azadov vurub.
Xallarının sayını 29-a yüksəldən "Keşlə" üçüncü yerdədir. "Zirə" isə hələ ki, 20 xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura sabah keçiriləcək "Sabah" - "Səbail" və "Qarabağ" - "Sumqayıt" qarşılaşmaları ilə yekun vurulacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}