Kişi şahmatçılarımız Avropa çempionatında növbəti qələbəsini qazanıb

Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında kişilərdən ibarət komandamız növbəti qələbəsini qazanıb.
Şəffaflıq.az Trend-ə istinadən bildirir ki, komandamız yeddinci turda Niderland yığması ilə qarşılaşmada 2,5:1,5 hesablı qələbə əldə edib. Komandamızın qələbəsində Nicat Abasovun rəqibini məğlub etməsi həlledici rol oynayıb. Digər şahmatçılarımız Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynovun qarşılaşmaları heç-heçə ilə başa çatıb.
Qadınlardan ibarət yığmamız isə turnirin reytinq favoriti olan Rusiya yığması ilə üz-üzə gəlib. Komandamız qarşılaşmanı 1:3 hesablı məğlubiyyətlə başa vurub.
Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Doqquz turdan ibarət olan çempionat noyabrın 21-dək davam edəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}