Teymur Rəcəbov ilk matçda Levon Aronyanı məğlub etdi

 

Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşlərinə start verilib. Azərbaycan qrossmeysteri Teymur Rəcəbov və Ermənistan təmsilçisi Levon Aronyan bu gün ilk matçda münasibətlərinə aydınlıq gətirib.

Dörd oyundan ibarət qarşılaşmada T.Rəcəbov qalib gəlib. Üç görüşdə heç-heçə edən təmsilçimiz son partiyada qara fiqurlarla qələbə qazanmağı bacarıb – 2,5:1,5.

Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək. Turnirin qalibi yarışın son günündə bəlli olacaq. Rəcəbova çempion olmaq üçün heç-heçə də kifayət edəcək.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}