İran generalının oğlu öldürüldü
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 110-cu briqadasının komandiri Hüseyn Almasinin avtomobili atəşə tutulub.
Şəffaflıq.az xarici KİV-ə istinadla bildirir ki, hadisə ölkənin Sistan və Bəlucistan vilayətinin mərkəzi Zahidan şəhərində baş verib.
İran mediasının verdiyi məlumata görə, bu gün aprelin 23-ü səhər saatlarında baş verən hücum nəticəsində briqada komandiri yaralanıb, onun cangüdəni Mahmud Absalan isə yerindəcə həlak olub.
Qeyd edək ki, həlak olan cangüdən SEPAH-ın Sistan və Bəlucistandakı yüksək rütbəli komandiri general Pərviz Absalanın oğludur.
Xəbəri paylaş
Facebook-da paylaş