Daha bir İran generalı öldürüldü – FOTO

 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı ali vəzifəli mənsublarından olan general Fərhad Dəbiriyan öldürülüb.

Bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.

 

Bildirilib ki, paytaxt Dəməşqin Zeynəbiyyə bölgəsindən məsul olan Dəbiriyan ötən gecə qətlə yetirilib.

Komandanın ölümü ilə bağlı detallar açıqlanmayıb.

Qeyd edək ki, Dəbiriyan İŞİD terror təşkilatının antik Palmira şəhərini işğal etdiyi 2015-ci ildə bu şəhərin komandanı vəzifəsinə gətirilmişdi.

Xatırladaq ki, daha əvvəl SEPAH-ın “Qüds gücü” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymani ABŞ ordusu tərəfindən öldürülmüşdü.

Bu hadisədən sonra İranın bir neçə generalı qətlə yetirilmişdi.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}