Əsas Səhifə > REGİON > İran generalının oğlu öldürüldü
İran generalının oğlu öldürüldü23-04-2022, 17:15 |
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 110-cu briqadasının komandiri Hüseyn Almasinin avtomobili atəşə tutulub. Şəffaflıq.az xarici KİV-ə istinadla bildirir ki, hadisə ölkənin Sistan və Bəlucistan vilayətinin mərkəzi Zahidan şəhərində baş verib. İran mediasının verdiyi məlumata görə, bu gün aprelin 23-ü səhər saatlarında baş verən hücum nəticəsində briqada komandiri yaralanıb, onun cangüdəni Mahmud Absalan isə yerindəcə həlak olub. Qeyd edək ki, həlak olan cangüdən SEPAH-ın Sistan və Bəlucistandakı yüksək rütbəli komandiri general Pərviz Absalanın oğludur. Geri qayıt |